"Azərbaycan hansı musiqini ifa edirsə, Paşinyan ona oynayır"

27 Yanvar 2023 17:30 Hadisə 319
"Azərbaycan hansı musiqini ifa edirsə, Paşinyan ona oynayır"

Ermənistanın keçmiş təhsil naziri, hazırda müxalifətdə olan Respublika partiyasının sədr müavini (lideri Serj Sərkisyan-red.) Armen Aşotyan Paşinyan iqtidarını sərt ifadələrlə tənqid edib.

Bununla bağlı fikirlərini o, öz Telegram kanalında paylaşıb.

“Dünən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasının gündəliyinə Ermənistanın qondarma xarici işlər naziri Ararat Mirzoyanla görüş-müzakirə daxil edilib.

Maraqlıdır ki, görüş qapalı formatda keçirilib və bizim ancaq Ararat Mirzoyanın XİN-in rəsmi saytında yerləşdirilən çıxışının stenoqramına çıxışımız var.

Təəssüf ki, Avropa Parlamentinin deputatları ilə sual-cavab sessiyasının bir hissəsi dərc olunmayıb və bu, təbii ki, çoxlu suallar doğurur”,-deyə Armen Aşotyan yazıb.

“Araratın çıxışı ilə tanış olarkən, onun ilk dəfə Azərbaycan- Ermənistan danışıqlarının Qarabağ məsələsindən ayrılması təklifinin Azərbaycan tərəfindən verildiyini və rəsmi İrəvanın Azərbaycanın bu təklifi ilə razılaşdığını etiraf etdiyi hissəyə diqqət çəkdim.

Aylar əvvəl və bu günə kimi deyirdik ki, belə bir bölgü mümkün deyil, Qarabağı Azərbaycanla üz-üzə qoymaq olmaz, bu cür danışıqlar taktikası Ermənistanın Qarabağa (Aşotyan burda oyuncaq, qondarma rejimi nəzərdə tutr-red.) xəyanətin növbəti diplomatik aktıdır və Ermənistanın maraqlarına cavab vermir.

Nikol bandasının nümayəndələri və onun Armen Qriqoryan kimi fırıldaqçıları əvvəldən bu ideyanın öz təşəbbüsləri olduğunu iddia edirdilər.

Nəhayət, dünən Ararat Mirzoyan hamımızın bildiyini etiraf etdi: Nikol Paşinyanın təmsil olunduğu rəsmi İrəvan Azərbaycanın musiqisi altında rəqs etməyə davam edir.

Təbii ki, Nikolun etdiyi bu regional və geosiyasi göbək rəqsi Ermənistanın və erməni xalqının uzunmüddətli maraqlarının zərərinə edilir”, - deyə Aşotyan Teleqram kanalında yazıb.

Digər Xəbərlər
Xəbər Lenti