Tanınmış hücumçunun "Qarabağ"la oyunda geyindiyi forma satışa çıxarıldı

23 Yanvar 2023 14:20 Hadisə 833
Tanınmış hücumçunun "Qarabağ"la oyunda geyindiyi forma satışa çıxarıldı

Polşa millisinin və "Yuventus"un futbolçusu Arkadiuş Milikin "Marsel"in heyətində Bakıda "Qarabağ"a qarşı keçirilmiş UEFA Konfrans Liqasının pley-off oyununda geyindiyi forma auksionda satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, geyim dəstinin başlanğıc qiyməti 630 Polşa zlotu və ya təqribən 1,575 manatdır.

Milik imzalı formasını oyun başa çatdıqdan sonra hakimlər otağına daxil olaraq, həmyerlisi, görüşün referisi Bartoş Frankovskiyə hədiyyə edib.

FIFA dərəcəli hakim isə formanı ölkəsinin Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca bağışlayıb.

"Qarabağ" - "Marsel" oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubu Fransadakı matçda da rəqibinə uduzub - 1:3.

Digər Xəbərlər
Xəbər Lenti