Ronaldo “Əl-Nəsr”də rəsmi debüt etdi, qələbəyə sevindi - FOTOLAR

23 Yanvar 2023 01:30 Hadisə 1 383
Ronaldo “Əl-Nəsr”də rəsmi debüt etdi, qələbəyə sevindi - FOTOLAR

Kriştianu Ronaldonun yeni komandası “Əl-Nəsr” bu gün Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.

Oyun "Əl-Nəsr"in qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.

Start heyətdə meydana çıxan Ronaldu sona qədər oynayıb. Bu, 38 yaşlı futbolçunun "Əl-Nəsr"də ilk rəsmi oyunu olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!