"Aydın məsələdir ki, Azərbaycana qarşı matç çətin olacaq"

27 Sentyabr 2022 19:20 Hadisə 652
"Aydın məsələdir ki, Azərbaycana qarşı matç çətin olacaq"

Moldovanın U-21 yığmasının baş məşqçisi Ştefan Stoyka bu gün Bakıda Azərbaycan yığmasına qarşı ilə keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, MFF-nın rəsmi saytına danışan baş məşqçi bunları deyib:

"Aydın məsələdir ki, Azərbaycana qarşı matç çətin olacaq. Vaxtımız da az idi.

Hazırda AVRO-2023-ün seçmə mərhələ oyunlarında iştirak edən U-19 yığmasından 2004 təvəllüdlü daha bir neçə futbolçu bizə qoşulacaq. Orada da yaxşı futbolçular var. Həmin futbolçulara da baxacağıq".

Xatırladaq ki, Azərbaycan və Moldovanın U-21 yığmalarının görüşü "Dalğa Arena"da keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!