Runi Azərbaycana necə səs saldı? – Öz dilindən eşidək…

25 Sentyabr 2022 21:20 Hadisə 1 485
Runi Azərbaycana necə səs saldı? – Öz dilindən eşidək…

“Bu, ümumi komandanın zəhmətinin bəhrəsidir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”ın hücumçusu Eva Runi deyib.

Azərbaycana yeni gələn kamerunlu artıq Premyer Liqada adından söz etdirir. Mövsümün geridə qalan hissəsində 4 qol vuran afrikalı Ayxan Abbasovun uğurlu transfer siyasətinin bir parçasıdır.

26 yaşlı loegioner bildirib ki, Tovuz darıxdırıcı, ölkə onun üçün yeni olsa da, bu, yaxşı çıxış eləməsinə problem yaratmır:

“Əlbəttə, qol vurmağım həm özümün, həm də komandamın adına xoşdur. Qol vurmaq mənim işim, vəzifəmdir.

İnanıram ki, yaxşı mövsüm keçirərək çempionatı adımıza yaraşan yerdə başa vuracağıq“.

Karyerasına vətənində "Apeje"də başlayan Runi Yunanıstanda "Veria", “Asteras”, “Trikala”, Əlcəzairdə “Algier”, “Əyn Emlila” klublarında forma geyinib.

O, son olaraq Yunanıstan təmsilçisi “Apollon”un (Pontu) şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti