Bir "öl"ünü ver Ayxan Abbasova, onu da…

14 Avqust 2022 16:40 Hadisə 1 068
Bir "öl"ünü ver Ayxan Abbasova, onu da…

Premyer Liqada qalmaq uğrunda mübarizənin favoriti «Turan Tovuz»dur.

Ayxan Abbasov 9 ildən sonra güclülər dəstəsinə dönən komandanın .öz ayağı ilə Diviziona dönməsinə imkan verməyəcək.

O, ikinci «Sumqayıt»ı «Turan»da formalaşdırır. Heç doğru bildiklərindən imtina etməyib bu arada.

Vaxtilə «Zirə»də, «Sumqayıt»da önəmsədiyi taktiki baxışları indi də «Turan»a gətirir, bu yöndə addımlar atır, iş görür.

Bir «öl»ünü ver Ayxan Abbasova, ona da dil açdırar. Odey, Natan Oduva.

Ötən mövsüm «Şamaxı»nın heyətində 11 oyuna çıxan və bir dəfə fərqlənə bilməyən ingiltərəli hücumçu «Turan»da keçirdiyi debüt matçında «şeytanın qıçı»nı ortadan qırdı.

9 ildən sonra Premyer Liqaya dönmüş Tovuz klubuna qələbə gətirən «Tottenhem»in yetirməsindən Ayxan Abbasov hələ çox faydalanacaq.

Runi Eva və Ben Aziz Dao normal legionerdir. Təbii ki, «Turan» standartlarında.

Müdafiənin mərkəzinə və yarımmüdafiənin cinahlarına da transferlər edə bilsələr, Ayxan Abbasov yeni komandasını turnir cədvəlində orta sıralar üçün döyüşdürə bilər.

Arxa xətt ağırdır, hücum, yaxud əks-hücumların qurulması və icrası ləng alınır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti