"Qarabağ"la oyunlara sifariş olunmadı, "Şaxtyor" satın aldı

7 Avqust 2022 02:20 Hadisə 808
"Qarabağ"la oyunlara sifariş olunmadı, "Şaxtyor" satın aldı

Macarıstan "Ferentsvaroş"unun və Ukrayna yığmasının futbolçusu Aleksandr Zubkov Donetsk "Şaxtyor"una keçib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. Tərəflər arasında transfer şərtləri açıqlanmayıb.

Zubkovun Budapeşt klubu ilə sözləşməsi 2024-cü ilədək idi. Lakin komandanın rusiyalı baş məşqçisi Stanislav Çerçesov onu Çempionlar Liqasının oyunlarına sifariş etmirdi.

"Ferentvaroş" III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub. İki komanda arasında Bakıda keçirilmiş ilk matç heç-heçə ilə yekunlaşıb - 1:1.

Cavab görüşü avqustun 9-da Macarıstan paytaxtındakı "Groupama Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!