Oyunlara pul qoyuluşu edən 2 futbolçuya 5 illik cəza verildi

7 Dekabr 2021 02:50 Hadisə 744
Oyunlara pul qoyuluşu edən 2 futbolçuya 5 illik cəza verildi

Rusiya Futbol İttifaqının (RFS) Etika Komitəsi III liqada mübarizə aparan "Metallurq-Vidnoe" klubunun futbolçuları Dmitri Andriyaxin və Anatoli Neqodanı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna onların mərc oyunlarında iştirakı səbəb olub.

Sözügedən futbolçuların indiyədək RFS-in bayrağı altında keçirilmiş 500-dən çox qarşılaşmaya pul qoyuluşu etdikləri təsdiqlənib.

Hər iki oyunçu 5 il müddətinə diskvalifikasiya edilib, onların futbolla bağlı hər hansı fəaliyyətinə qadağa qoyulub.

"Metallurq-Videnoe" 2021/2022 mövsümünün birinci hissəsini sonuncu pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!