"Qarabağ"a gücü çatmadı, kubokda finalın "qapı"sını açdı - VİDEO

22 Noyabr 2021 01:10 Hadisə 475
"Qarabağ"a gücü çatmadı, kubokda finalın "qapı"sını açdı - VİDEO

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Kayrat" Qazaxıstan Kubokunda finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Kostanay təmsilçisi yarımfinal mərhələsinin cavab matçında "Astana"ya 3:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Qarşılaşmada hesab 64-cü dəqiqədə avtoqolla açılıb. Meyrambek Kalmırza topu öz qapılarından keçirib. Digər 2 qolu isə 81-ci dəqiqədə Joze Kante və 86-cı dəqiqədə Vaqner Lav vurublar.

Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv yarımfinalın ilk matçında da rəqibini eyni hesabla məğlub etmişdi. Bu komandanın finaldakı rəqibi "Tobol" - "Şaxtyor" (Karaqanda) cütünün qalibi olacaq.

"Qarabağ" H qrupunda "Kayrat"a qarşı keçirdiyi hər iki görüşdə rəqibini 2:1 hesabı ilə üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!