QƏRAR VERİLDİ: Mahir baş məşqçisi ilə vidalaşdı - FOTO

25 Oktyabr 2021 22:40 Hadisə 867
QƏRAR VERİLDİ: Mahir baş məşqçisi ilə vidalaşdı - FOTO

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" baş məşqçi Çeslav Mixneviçlə yollarını ayırıb.

Sportinfo.az Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Onu bu vəzifədə Marek Qolebiyevski əvəz edəcək. Qolebiyevski bunadək "Legiya"nın əvəzedici komandasına başçılıq edib.

“Legiya” 10 oyundan sonra Polşa çempionatında 9 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son olaraq XII turda "Pyast"a 1:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti