Millinin tanınmış üzvü bıçaqla qətlə yetirildi – Başqa idmançı tərəfindən

18 Sentyabr 2021 02:24 Hadisə 1 324
Millinin tanınmış üzvü bıçaqla qətlə yetirildi – Başqa idmançı tərəfindən

Özbəkistan cüdo millisinin üzvü Kamoliddin Rasulov qətlə yetirilib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı idmançı bıçaqlanıb. Hadisə Özbəkistanın paytaxtı Daşkənddə baş verib.

İlkin araşdırmalara görə, onu başqa bir idmançı qətlə yetirib.

Kamoliddin Rasulov 2012-ci ildə sambo üzrə dünya çempionu olub. O, həmçinin dünya çempionatının qızıl medalına sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti