Qurban Qurbanov tələb etdi, pivə butulkaları masadan yığışdırldı - FOTOLAR

16 Sentyabr 2021 23:30 Hadisə 2 179
Qurban Qurbanov tələb etdi, pivə butulkaları masadan yığışdırldı - FOTOLAR

Konfrans Liqasının qrup mərhələsinin I turunda keçirilmiş "Qarabağ" - "Bazel" (İsveçrə) matçından (0:0) sonra maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçi Qurban Qurbanov mətbuat konfransı zamanı masanın üzərində turnirin sponsorlarından olan pivə şirkətinə məxsus butulkasının yer almasını istəməyib.

Pivə şüşələrinin masanın üzərindən yığışdırılmasından sonra Qurban Qurbanov konfransa qatılıb Rəqib baş məşqçi Patrik Rahmenin mətbuat konfransında isə pivə şüşələri masaya qaytarılıb.

Digər Xəbərlər
Xəbər Lenti