"Qəbələ"də narazılıq yarandı - baş məşqçi izah verdi

11 Sentyabr 2021 20:40 Hadisə 1 016
"Qəbələ"də narazılıq yarandı - baş məşqçi izah verdi

Azərbaycan Premyer Liqasının üçüncü turu çərçivəsində "Qəbələ" səfərdə "Sabah"la qarşılaşıb. Görüş qonaqların 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Matcda ilk qolu Yaovi Akakpo vurub. Narazılığın yaranmasına səbəb də elə ilk qolun müəllifi olub.

Belə ki, baş məşqçi Elmar Baxşıyev Toqolu yarımmüdafiəçini 74-cü dəqiqədə Ülvi İsgəndərovla əvəzləyib.

Görüşün ən yaxşılarından olan Akakpo əvəzlənməsinə narazılığını bildirib. Bunu görən gənc çalışdırıc tərcüməçi vasitəsi ilə əvəzetmənin səbəbini əcnəbi futbolçuya izah etməyə çalışıb. Yalnız bundan sonra Akakpo sakitləşib.

Oyunda ikinci qolu 92-ci dəqiqədə Akokponun yerinə meydana daxil olan olan Ülvi İsgəndərov vurub. Bu qol həm də Baxşıyevin qərarının nə qədər doğru olmasını əyani sübut etmiş olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti