"Mən onlardan qorxmuram"

19 İyun 2021 09:50 Hadisə 372
"Mən onlardan qorxmuram"

"Almaniya ilə heç-heçə pis nəticə olacaq? Portuqaliyaya hətta Almaniya kimi ciddi komandalar da hörmət edir.

Futbolumuza və ulduz oyunçularımıza hörmət edirlər.

Eyni zamanda, bizi məğlub edə biləcəklərini düşünürlər, amma dünyada heç kim Portuqaliyanın bu turnirdə geridə qalacağını deyə bilməz".

Sportinfo.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Almaniya ilə oyun öncəsi deyib.

O, rəqibin fantastik komanda olduğunu bildirib: "Onların inanılmaz oyunçuları var, matçlarda üstünlük təşkil edir və topa çox sahibdirlər. Ancaq Almaniyadan qorxmuram. Onların oyunçularına hörmətlə yanaşırıq, amma qələbəyə köklənsək, mütləq buna nail olacağıq.

Macarıstana qarşı yaxşı futbol nümayiş etdirdik. Yaxşı hücum etdik, müdafiə olunduq, təzyiq göstərdik, şans yaratdıq. Almaniya da son dünya çempionu Fransa ilə yaxşı qarşılaşma keçirdi.

Almanlar yalnız avtoqol nəticəsində qol buraxdılar, son hesab oyunun tam mənzərəsini əks etdirmir. Şənbə günü qazanmaq istəyirik, qələbəmizə inanırıq, bu oyun bizim üçün açardır".

Santuş deyib ki, yalnız Ronaldonu deyil, bütün komandanı motivasiya etməlidir: "Ronaldonun yanımızda olması çox gözəldir, biz onunla qürur duyuruq, ancaq matçları təkbaşına qazana bilmir. Komanda oyunu bizim gücümüz olmalıdır, ürəkdən oynamalıyıq".

Bu gün keçiriləcək Portuqaliya - Almaniya görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti