Premyer Liqada "Neftçi"nin formasını geyindi, Qarabağ qazilərinin klubuna keçdi - FOTO

28 Dekabr 2023 11:20 I Divizion 1 901
Premyer Liqada "Neftçi"nin formasını geyindi, Qarabağ qazilərinin klubuna keçdi - FOTO

I Liqada ilk yarını arxada qoyan «Difai» heyətini gücləndirmək istiqamətində konkret addımlar atır.

Qarabağ qazilərini təmsil edən klub növbəti transfer çalışmasını həyata keçirib.

«Fədailər» gənclər yığmasının və «Neftçi»nin sabiq qapıçısı Əlirza Müştəbazadə ilə anlaşıb.

O, ötən mövsüm «ağ-qaralar»ın heyətində Premyer Liqada 1 oyuna çıxıb. «Şamaxı» ilə ilk tur matçının 66-cı dəqiqəsində Aqil Məmmədovun əvəzinə meydana daxil olub.

Mövsümün birinci yarısını «İrəvan»da keçirmiş kiperlə 1 illik müqavilə imzalanıb.

Digər tərəfdən, «Difai»nin rəhbərliyi islahatlara başlayıb. Bu, komandanın birinci dövrəni 9-cu yerdə bitirməsiylə əlaqədardır.

Artıq 3 futbolçu ilə yollarını ayırıblar. Elçin Əliyev, Ruslan Hüseynov və Firdovsi Kazımovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Böyük ehtimalla, daha bir neçə nəfər tezliklə düşərgəni tərk edəcək. Bugünlərdə komandadixili toplantı keçiriləcək və orada mühüm qərarların verilməsi gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!