Messi ilə Ronaldonu bu ölkəyə çağırdılar - FOTO

9 Aprel 2020 19:42 Dünya futbolu 627
Messi ilə Ronaldonu bu ölkəyə çağırdılar - FOTO

Koronavirusa görə Avropanın bütün ölkələrində futbol çempionatları dayandırılsa da, Belarusda buna lüzum görülməyib.

Sportinfo.az xəbər verir ki, Belarusda çempionatla yanaşı, kubok qarşılaşmaları da keçirilir.

Belarus kubokunun yarımfinalında keçirilən ilk qarşılaşmada “Slaviya-Mozır” BATE ilə qarşılaşıb. Stadionda olan azsaylı azarkeşlərdən biri Messi və Ronaldoya müraciətlə pankart açıb.

O, məşhur futbolçuları “Slaviya”ya dəvət edib: “Ronaldo, Mesi, nə “Yuve”, nə də “Barsa”. “Slaviya-Mozır”a xoş gəldiniz”.

Qarşılaşma “Slaviya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti