Milliyə yeni baş məşqçi gətirildi

5 Aprel 2020 09:56 Dünya futbolu 438
Milliyə yeni baş məşqçi gətirildi

İrlandiya millsinin baş məşqçi dəyişikliyi gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, 2018-ci ilin noyabr ayından bu komandanı çalışdıran Mik Makkarti istefaya göndərilib.

Bu barədə İrlandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Artıq İrlandiya yığmasına yeni baş məşqçi də təyin olunub. Federasiya bu posta Stiven Kenninin təyin olunduğunu açıqlayıb.

Lakin 48 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. Stiven Kenni 2018-ci ildən İrlandiya millisinin gənclər komandasını çalışdırırdı.

Digər Xəbərlər
Xəbər Lenti