Yenidən "dirildi", bu rayonda 3-cü klub fəaliyyətə başladı

11 Oktyabr 2023 09:40 Region Liqası 1 845
Yenidən "dirildi", bu rayonda 3-cü klub fəaliyyətə başladı

1989-cu ildə əsası qoyulmuş «Araz İmişli» fəaliyyətini bərpa edib.

Vaxtilə həm peşəkar, həm də həvəskar statusla ölkədaxili yarışlarda mübarizə aparmış klub yenidən respublika miqyaslı çempionatda qüvvəsini sınayacaq.

Aran təmsilçisi Region Liqasının növbəti mövsümünün iştirakçıları sırasında yer alıb.

Bununla, İmişlidə mövcud olan komandaların sayı 3-ə çatıb. «İmişli» I Liqada mübarizə aparırsa, «Kür-Araz» II Liqada varlıq göstərir.

Oktyabrın 19-da 2023/24-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır.

Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Ağstafa gəncləri“, “Ərgünəş“, “Şimal”, "Masallı", “Bərdə”, "Qala", “Balakən”, ”Ümid” (Saatlı) və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», "Çinar" (Zəngilan), “Mil”, “Göyəzən”, “Neftçala”, «Qobustan», «Lokomotiv» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti