Emiliano Salaya görə cəza: 6 milyonu ödəməyiblər

4 Noyabr 2019 19:52 Dünya futbolu 413
Emiliano Salaya görə cəza: 6 milyonu ödəməyiblər

"Kardiff Siti"yə növbəti üç "transfer pəncərəsi" zamanı yeni oyunçu cəlb etməyə qadağa qoyula bilər.

Sportinfo.az xəbər verir ki, FİFA kluba bu cür cəza vermək haqqında düşünür. Uels klubunun qərarla bağlı 14 gün ərzində Beynəlxalq İdman Məhkəməsinə etiraz etmək hüququ var.

Məsələ burasındadır ki, uelslilər bu il həyatını itirən Emiliano Sala üçün "Nant"a hələ də 6 milyon avronu ödəməyib. Bu il yanvarın 21-də müqavilə üçün şəxsi təyyarə ilə Kardiffə yollanmaq istəyən Sala "hava gəmi"sinin La-Manş boğazında qəzaya uğraması nəticəsində itkin düşüb.

Təyyarənin qalıqları və argentinalının cəsədi 12 gündən sonra tapılıb. “Kardiff Siti” isə “Nant”a ödəməli olduğu 6 milyon avronu hələ də verməyib.

Digər Xəbərlər
Xəbər Lenti