Məşhur klub dağılmaq təhlükəsi ilə üz-üzədir

4 Aprel 22:00 Dünya futbolu 571
Məşhur klub dağılmaq təhlükəsi ilə üz-üzədir

Hollandiyanın "Vitess" futbol klubu növbəti mövsüm üçün lisenziya almamaq və fəaliyyətini dayandırmaq riski ilə üz-üzədir.

Sportinfo.az xəbər verir ki, bu barədə ESPN-ə klubun müvəqqəti direktoru Edvin Reyntes bildirib.

“Şanslar kifayət qədər yüksəkdir. Yoxsa bu problemi həll etmək üçün məni çağırmazdılar. Bu qədər müddətə lisenziya ala bilmirsinizsə, deməli, nəsə səhv gedir”, - deyə Reyntes söyləyib.

"Vitess" 28 turdan sonra Hollandiya çempionatında 17 xalla sonuncu pillədə qərarlaşıb. Komanda 1989-cu ildən bəri müntəzəm olaraq ölkənin yüksək divizionunda mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti