“Qarabağ”a 1000 manata başa gəldi - Qara Qarayevin təhqir edilməsi

6 Aprel 00:40 Dünya futbolu 452
“Qarabağ”a 1000 manata başa gəldi -  Qara Qarayevin təhqir edilməsi

İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi” – “Qarabağ” görüşündə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə klub 800 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” görüşündə “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə klub 1000 manat cərimə edilib.

“Qarabağ” azarkeşləri “Neftçi”nin futbolçusu Qara Qarayevi təhqir etmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti