Ronaldo TOP-5 liqada 2020-ci ilin bombardiri oldu

31 Dekabr 2020 17:00 Dünya futbolu 683
Ronaldo TOP-5 liqada 2020-ci ilin bombardiri oldu

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo 2020-ci ildə TOP-5 liqanın bombardiri olub.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu bu il A Seriyasında 33 qol vurub.

"Bavariya"nın hücumçusu Robert Levandovski 32 qolla 2-ci, "Latsio"nın forvardı Çiro İmmobile 28 qolla 3-cüdür.

Məhəmməd Salah ("Liverpul") və Erlinq Holand ("Borussiya, Dortmund) isə 23 xalla 4-cü, 5-ci yerləri bölüşürlər.

Ronaldo "Globe Soccer"in versiyasına görə əsrin futbolçusu seçilib. Levandovski isə ilin futbolçusu adına layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti