İnfantino DÇ-nin 2 ildən bir keçirilməsi ideyasından əl çəkmir

20 Dekabr 2021 18:20 Dünya çempionatı 389
İnfantino DÇ-nin 2 ildən bir keçirilməsi ideyasından əl çəkmir

Sportinfo.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino dünya çempionatının 2 ildən bir keçirilməsi ideyasını reallaşdırmaqda israrlıdır.

İnfantino hələ də ümid edir ki, federasiyaları fikrindən daşındıra biləcək və dəstək alacaq.

Elə buna görə də 211 ölkənin federasiya rəsmiləri ilə onlayn formatda sammit keçiriləcək.

Onu da qeyd edək ki, UEFA və KONMEBOL İnfantinonun ideyasını dəstəkləməyib. FİFA prezidenti ümid edir ki, əlavə gəlir mənbələri taparsa, situasiya dəyişə bilər.

Məsələ burasındadır ki, DÇ- keçirilən il – 2018-ci ildə FİFA-nın gəliri 4,6 milyard dollar olub. Amma 2019-cu ildə cəmisi 766 milyon dollar.

Hazırda futbolçular il ərzində yığmaların düşərgəsində cəmisi 50 gün olurlar. FİFA vəd edir ki, əgər ideya dəstəklənərsə, bu rəqəm dəyişməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti