Millimizin futbolçusu het-trik etməsinə peşman oldu - VİDEO

10 May 2021 20:00 Bizimkilər 950
Millimizin futbolçusu het-trik etməsinə peşman oldu - VİDEO

Almaniya 2-ci Bundesliqasında 32-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” evdə “Paderborn”a 3:8 hesabı ilə uduzub.

Nazarov start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər üç qolunu Dima vurub. 31 yaşlı yarımmüdafiəçi 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib. O, sonuncu qolu penaltidən vurub.

Bu nəticədən sonra "Ertsgebirge" 41 xalla 11-ci pillədə qalıb. Xallarını 46-ya çatdıran "Paderborn" isə 8-ci pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"