Azər Əliyev "Lokomotiv"ə qol vurdu və üzüldü - VİDEO

25 Aprel 2021 21:20 Bizimkilər 765
Azər Əliyev "Lokomotiv"ə qol vurdu və üzüldü - VİDEO

Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin çıxış etdiyi “Tambov” doğma meydanda Moskva “Lokomotiv”i ilə qarşılaşıb.

“Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb - 2:5.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 45+2-ci dəqiqədə Əliyev vurub.

“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 27 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti