AFFA-nın milliyə gətirmək istədiyi hücumçunun nə arzusu var?

2 Fevral 2021 23:00 Bizimkilər 959
AFFA-nın milliyə gətirmək istədiyi hücumçunun nə arzusu var?

Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev cari mövsüm üçün şəxsi hədəfini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu yutubda yayımlanan "Futbolnıy format" verilişinə müsahibəsində cari mövsümün bombardiri olmaq istədiyini söyləyib.

Hazırda 6 qolla yalnız Kiyev "Dinamo"sunun hücumçusu Viktor Tsıqankov və "Olimpik"in üzvü Şahab Zahedidən (hər ikisi 8 qol) geri qalan futbolçu məqsədinə çatmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

AFFA hazırda Anatali Nuriyevi Azərbaycan millisinə dəvət edmək üçün onunla danışıqları davam etdirir. Futbolçunun özü də yığmamızda oynamaqda maraqlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"