"Sumqayıt" "Zirə"yə şans vermədi

14 Avqust 2020 21:10 Azərbaycan Futbolu 1 122
"Sumqayıt" "Zirə"yə şans vermədi

Premyer Liqa təmsilçilərimiz "Sumqayıt" və "Zirə" öz aralarında yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, "Kapital Bank Arena" keçirilən matçda Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 4:0 hesabı ilə qalib gəlib.

Qolları Rüfət Abdullazadə, Tellur Mütəllimov, Elvin Məmmədov və yeni transfer Əli Qurbani vurub.

Qeyd edək ki, "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində avqustun 27-i Makedoniya "Şkendiya"sını qəbul edəcək.

Xatırladaq ki, "Sumqayıt" bundan əvvəl yoxlama görüşlərində "Neftçi"yə (0:3), "Sabah"a (0:1), "Qəbələ"yə (1:2) uduzub, "Zirə" isə "Keşlə"yə (0:1) məğlub olub, "Qəbələ" ilə qolsuz bərabərə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti