Elxan Məmmədov tapıldı və təhlükədən danışdı

8 Avqust 2020 21:20 Azərbaycan Futbolu 1 180
Elxan Məmmədov tapıldı və təhlükədən danışdı

"Çox şadıq ki, son həftələrdə müşahidə olunan müsbət dinamika Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada məşq və idman yarışları keçirmək üçün icazə verməsinə imkan yaratdı".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, bu qərar rahatlaşmaq və koronavirus təhlükəsini unutmaq anlamına gəlməməlidir:

"Virus hələ də təhlükə doğurduğundan, böyük futbol ailəsinin hər bir nümayəndəsi öz məsuliyyətini dərk etməli, məşq və matçların keçirilməsinin müvafiq protokoluna əməl etməlidir. Operativ Qərargahın və müvafiq dövlət strukturlarının ümumi tövsiyələri də öz yerində".

İcraçı vitse-prezident əvvəllər klublara təqdim edilmiş tibbi protokolun yoluxma riskinin qarşısını almasa belə, əhəmiyyətli dərəcədə azaltmağa qadir olduğunu vurğulayıb. O, məşqçilər, futbolçular, ictimaiyyət nümayəndələrinə anlayış və dözümlərinə görə təşəkkürünü bildirib:

"Operativ Qərargahın tələb və tövsiyələrini nizam-intizamla yerinə yetirdikləri üçün hamıya minnətdaram. Məhz müəyyənləşdirilmiş qaydalara əməl edilməsi sayəsində virusun yayılma dinamikasını azaltmaq mümkün oldu.

Bu da yekunda həyatımızın tədricən normal ritmə düşməsinə gətirib çıxardı. Əminəm ki, Azərbaycan futbol ictimaiyyəti Prezident İlham Əliyevin çağırışına əməl edərək, gələcəkdə də bütün lazımi ehtiyat tədbirlərini görəcək".

Digər Xəbərlər
Xəbər Lenti