Millimizdə işləyəcək məşqçi: "Bizim üçün yeni mərhələdir"

12 İyul 2020 11:00 Milli komanda 945
Millimizdə işləyəcək məşqçi: "Bizim üçün yeni mərhələdir"

İtaliyalı mütəxəssis Klaudio Beluççi Azərbaycan milli komandasında işləyəcəyini təsdiqləyib.

Sportinfo.az tuttomercatoweb.com saytına istinadən xəbər verir ki, bu haqda “Sky Sports”a müsahibəsində 45 yaşlı mütəxəssis bildirib.

O, millimizə baş məşqçi vəzifəsinə təyinatı gözlənilən Canni de Byazinin köməkçisi işləyəcəyini söyləyib. “Mən son bir ildə cənab Byazi ilə çalışmışam. İndi yeni işə başlayırıq. Düşünürəm ki, bu, bizim üçün yeni mərhələdir” – deyə o qeyd edib.

Millimizdə Beluççi ilə yanaşı, Arif Əsədov və Benni Karbonenin də məşqçi kimi çalışacağı dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti