"Uşaqlar kassalarını gətirdi ki, içində nə varsa, götürüb fonda köçürək"

1 Aprel 2020 10:24 Azərbaycan Futbolu 565
"Uşaqlar kassalarını gətirdi ki, içində nə varsa, götürüb fonda köçürək"

Dünən xəbər verdiyimiz kimi, AzTV və "İdman"TV-də uzun illər şərhçi olmuş, 10 ildir fəaliyyətini özəl sektorda davam etdirən Altay Əliyev Prezident İlham Əliyevin çağırışına dəstək olub.

O, 1666 manat, qızı Türkay Əliyeva 666 manat və oğlu Tuncay Əliyev 666 manat fonda ianə edib.

Prezident İlham Əliyevin 19 mart 2020-ci il qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək fondu yaradılıb. Gənc yaşlarından səsi ilə milyonların qəlbini fəth etmiş tanınmış keçmiş teleaparıcı Sportinfo.az-a açıqlamasında bildirib ki, fonda yardım göstərmək təşəbbüsü övladlarına məxsusdur:

"Uşaqlar kassa yığırdılar və hər ad günlərində açırlar. Apreldə qızın 10, mayda oğlanın 7 yaşı olacaq. Evdə danışanda, kassalarını gətirdilər ki, açaq, içində nə varsa, götürüb fonda köçürək.

Təxminən 1100 manat çıxdı, mən də üstünü düzəldib böldüm. Məncə, cənab prezidentin yaratdığı fonda kömək etmək imkanı çatan hər bir azərbaycanlının borcudur".

Digər Xəbərlər
Xəbər Lenti