"İnana bilmirəm ki, Mübariz Mənsimov bu əməllərin sahibidir" - VİDEO

28 Mart 2020 19:16 Azərbaycan Futbolu 765
"İnana bilmirəm ki, Mübariz Mənsimov bu əməllərin sahibidir" - VİDEO

“Mübariz Mənsimovla şəxsi tanışlığım 2019 cu ilin iyul ayında onun mətbuat xidmətinin rəhbəri, uzun illərdən tanıdığım Fidan xanımın təşəbbüsü ilə baş tutub“.

Sportinfo.az xəbər verir ki, bu sözlər millət vəkili Fəzail Ağamalıya məxsusdur.

O, “Xəzər Lənkəran“ın yaradıcısı ilə münasibətlərindən danışıb: “Biz bir neçə dəfə görüşdük, birlikdə nahar və şam etdik, dövlətimizlə, Azərbaycan - Türkiyə münasibətləri ilə bağlı xoşməralı söhbətlərimiz oldu. Görüşümüzün və münasibətlərimizin tarixi budur.

Təəssüf edirəm ki, Mübariz Mənsimov Türkiyə hüquq muhafizə orqanları tərəfindən saxlanılmışdır. İnana bilmirəm ki, o Türkiyə dövlətinin əsaslarını sarsıda biləcək düşüncə və əməllərinin sahibidir. Məncə, burada bir yanlışlıq var.

O, Türkiyə - Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət etməyi özünə şərəf bilən, imkansız Azərbaycan və Türkiyə vətəndaşlarına köməklik göstərən soydaşımızdır və bununla bağlı kifayət qədər faktlar mövcuddur.

Mən bir daha Mübariz bəyin tezliklə azadlığa çıxmasını, ata və anası, övladları ilə birgə olmasını Ulu Tanrıdan diləyirəm. Yaradanımız yolunu açıq etsin!".

Digər Xəbərlər
Xəbər Lenti