"Vallah, burada üzləşdiyim durumu heç düşmənimə də arzulamıram"

11 Dekabr 2019 10:19 Azərbaycan Futbolu 824
"Vallah, burada üzləşdiyim durumu heç düşmənimə də arzulamıram"

Region Liqasında çıxış edən “Şahdağ”ın baş məşqçi İbrahim Uzunca ilə yolları ayırdığını xəbər vermişdik. 2011/2015-ci illərdə Biləcəri "Lokomotiv"i və "Bakı"da işləmiş türkiyəli mütəxəssis Quba klubuna mövsümün əvvəlində gətirilmişdi.

57 yaşlı mütəxəssislə anlaşma qarşılıqlı razılaşma əsasında pozulub. Sportinfo.az xəbər verir ki, maliyyə problemləri səbəbindən iş yerini tərk edən çalışdırıcı “Şahdağ”ın ağır günlər keçirdiyini, futbolçuların və məşqçilərin maaş problemi ilə üzləşdiyini, qidalanma və məskunlaşma ilə bağlı çətinliklə üzləşdiyini bildirib:

“Vəziyyət sözün həqiqi mənasında ağırdı. Futbolçuların qidalanması, məskunlaşması acınacaqlı durumdadır. İşlədiyim dönəmdə maaş almışam? Vallah, “Şahdağ”da üzləşdiyim durumu heç düşmənimə də arzulamıram. Hər matçdan öncə bir az pul tapıb verirdilər ki, birtəhər bu oyunu da yola verin. Qəpk-quruşla 6 tur meydana çıxdıq”.

Digər Xəbərlər
Xəbər Lenti