Əliyar Ağayevdən iki sarı vərəqə və bir penalti - VİDEO

19 Noyabr 2019 12:26 Azərbaycan Futbolu 780
Əliyar Ağayevdən iki sarı vərəqə və bir penalti - VİDEO

FİFA referisi Əliyar Ağayev AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində dünən keçirilən Malta – Norveç oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, Ta Qalidəki Milli stadionda oynanılan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyun ərzində iki dəfə əlini cibinə atan Ağayev meydan sahiblərinin futbolçuları - Stiv Börq (55-ci dəqiqə) və Zak Muskata (66) sarı vərəqə göstərib. Azərbaycanlı referi 66-cı dəqiqədə maltalıların qapısına penalti təyin etsə də, qonaqların oyunçusu Coşua Kinq fürsəti boşa verib.

Qeyd edək ki, sözügedən qarşılaşmada Ağayevin Zeynal Zeynalov və Akif Əmirəli olub. Dördüncü hakim funksiyasını isə Rauf Cabbarov yerinə yetirib.

Digər Xəbərlər
Xəbər Lenti