“Klubların sayı mütləq artırılmalıdır” – NAZİRİN NARAHATLIĞI

22 Dekabr 2022 20:20 Azərbaycan Futbolu 524
“Klubların sayı mütləq artırılmalıdır” – NAZİRİN NARAHATLIĞI

“Klubların sayı mütləq artırılmalıdır”.

Sportinfo.az xəbər verir ki, bu sözlər gənclər və idman naziri Fərid Qayıbova məxsusdur.

O vurğulayıb ki, futbolçuların daha yaxşı çıxış etməsi hamının arzusudur:

“İndi vəziyyətimiz belədir, gördüyünüz kimi. Bu il milli komandamız son oyunlarında pis çıxış etmədi.

Amma fakt budur ki, biz bu vaxta kimi heç vaxt Avropa və dünya çempionatlarının əsas mərhələsində çıxış edə bilməmişik. Heç buna yaxın olan yaxşı nəticə də göstərməmişik.

Bunun üçün həm iş adamlarını, həm şirkətləri bu sahəyə cəlb etmək lazımdır. Klubların idarəçiliyində onların iştirakını təmin etməliyik.

Futbolla məşğul olan uşaqlar var, onlar müəyyən yaşa çatdıqdan sonra artıq oynamağa yer tapmırlar”.

Digər Xəbərlər
Xəbər Lenti