Millinin sabiq hücumçusunun tək ümidi bu kluba qaldı

24 İyun 2022 20:40 Azərbaycan Futbolu 2 288
Millinin sabiq hücumçusunun tək ümidi bu kluba qaldı

Mahmud Qurbanovun "Səbail"ə baş məşqçi təyinatından sonra bir çox futbolçularla yollar ayrıldı.

Ən gözlənilməzi isə sabiq milli üzvü Rauf Əliyevə qapının göstərilməsi oldu.

2020-ci ildən Bayıl təmsilçisində çıxış edən hücumçu ilə müqavilənin artırılacağı ehtimal olunurdu.

İndi isə Əliyev üçün çətin durum yaranıb. Belə ki, karyerası ərzində "Qarabağ", "Neftçi", "Bakı" və "Xəzər Lənkəran" kimi klubların şərəfini qorumuş futbolçunun xidmətində maraqlı olan klub yoxdur.

Tək ümid isə "Şamaxı"yadır. Orda da qeyri-müəyyənlik davam etdiyi üçün 33 yaşlı forvardın gözləməkdən başqa çarəsi yoxdur. Ki, bölgə klubunda "sular durular" və ona da dəvət gələr.

Qurbanova lazım olmayan futbolçu son mövsümü meydanda olduğu 24 görüşdə 2 qol vurduğunu bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti