"Qarabağ" qazandı, Azərbaycan Polşa və Macarıstandan uzaqlaşdı

5 Noyabr 2021 09:40 Azərbaycan Futbolu 1 365
"Qarabağ" qazandı, Azərbaycan Polşa və Macarıstandan uzaqlaşdı

Sportinfo.az xəbər verir ki, Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

"Qarabağ"ın Konfrans Liqasında Qazaxıstanda "Kayrat"ıüzərində 2:1 hesablı səfər qələbəsi ölkənin aktivinə daha 0,500 xal yazdırsa da, bu, hər hansı irəliləyişə səbəb olmayıb.

Əvəzində hazırda 16,500 xalla 26-cı sırada qərarlaşan Azərbaycan hərəyə 15,875 xala malik Polşa və Macarıstandan uzaqlaşıb.

Buna Polşa "Legiya"sının Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə İtaliya "Napoli"sinə 1:4, Macarıstan "Ferentsvaroş"unun isə Şotlandiya "Seltik"inə 2:3 hesabı ilə uduzması səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti