Azərbaycan yığması “quru” hesabla Estoniyaya uduzdu

4 Yanvar 02:40 Voleybol 1 806
Azərbaycan yığması “quru” hesabla Estoniyaya uduzdu

Azərbaycanın qızlardan ibarət U-20 millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçilik etdiyi millimiz Estoniya yığması ilə üz-üzə gəlib.

Matç Azərbaycan yığmasının 0:3 (10:25, 15:25, 22:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

U-20 növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə qarşılaşacaq.

Yanvarın 7-dək davam edəcək yarış Avro-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbər Lenti