Covid-19-un gizli geni tapıldı

29 Noyabr 2020 02:20 Araşdırma 1 057
Covid-19-un gizli geni tapıldı

Sportinfo.az xəbər verir ki, Covid-19-un genetik kodunda gizli gen tapılıb.

Amerika Təbiət Tarixi Muzeyinin bioinformatika mütəxəssisi Chase Nelsonun rəhbərlik etdiyi tədqiqat qrupu, Covid-19-un genomunda indiyə qədər diqqətdən kənarda qalan bir gen aşkarlayıb.

Bu kəşf antivirus dərmanları vasitəsilə koronavirusa nəzarət etmək üçün yeni metodların tapılmasına səbəb ola bilər. Bir növ üst-üstə düşən bir gen olan, başqa sözlə, "gen içində gen" olan ORF3d-nin digər genlərin kodlanmış ardıcıllığı ilə üst-üstə düşdüyü üçün nükleotid ardıcıllığında təsirli bir şəkildə gizləndiyi vurğulanıb.

Bu genin genom ölçüsü baxımından Covid-19-un mövcud olan ən uzun RNT virusları arasında olduğu, bu səbəbdən digər RNT viruslarından daha aldadıcı ola biləcəyi ifadə edilib.

Hələ ORF3d-nin funksiyasını və ya klinik bir əhəmiyyətə sahib olub-olmadığını bilmədiklərini deyən C.Nelson, bununla yanaşı bu genin antikor reaksiyasından fərqli olaraq T hüceyrə reaksiyası ilə müəyyənləşdirilməsinin nisbətən mümkün olmadığını təxmin etdiklərini deyib.

Alim deyib ki, üst-üstə düşən genlərin mövcudluğunu və necə işlədiyini bilmək, koronavirusa qarşı yeni nəzarət üsulları, antivirus dərmanların kəşfinə kömək edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"