Ana vətən övladlarına dövlətdən xüsusi diqqət - VİDEO

26 Noyabr 2020 23:30 Araşdırma 331
Ana vətən övladlarına dövlətdən xüsusi diqqət - VİDEO

Prezident İlham Əliyevin bu sözləri dövlətin əsas başlıca istiqamətlərinin önündə şəhid ailələri və qazilərə göstərilən qayğının, diqqətin yer almasının təcəssümüdür. Keçirilən görüşlər, atılan addımlar deyilən sözlərin təsdiqini verir.

Tək onu demək əsas verir ki, İkinci Qarabağ döyüşləri başlayan və bitən zamanda müzəffər Ali Baş Komandanın, Birinci vitse-prezidentin ilk ziyarət ünvanı məhz yaralanan hərbçilər oldu.

Birinci əsgərin bir inci kimi sözləri qayğı və diqqətin göstəricisi olub, ailə tablosunu yaratdı.

Diqqət və qayğı ilə yanaşı Ali Baş Komandan vətən övladlarını da xalqa tanıtmağı özünə borc bildi.

Xüsusi diqqət və qayğının yalnız İkinci Qarabağ döyüşləri ərəfəsində keçirilən görüşlər zamanı deyil, ondan əvvəl də istər mənzillə, istər avtomobillərlə, istərsə də Birinci vitse-prezident Mehriban ƏIiyevanın tapşırığı əsasında Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi layihəsində və onun bacı və ana kimi qazi və şəhid ailələrilə görüşlərində şahidi olmuşuq.

Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından olub, sağlamlıqlarını qurban verdilər. Bunun üçün bu işdə tək dövlət deyil, ictimai birliklər, cəmiyyətlər də xidmət göstərməlidir. Bunu Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev deyir.

Artıq biz qalib ölkənin nümayəndələriyik. İndi bizim qarşımızda növbəti missiya qayıdır – işğaldan azad edilmiş torpaqlara qayıdış. Bu yöndə də qayğı cəmiyyətlərinin üzərinə vəzifə düşür.

Qəhrəmanlar unudulmur. Onlar həm xalqın ürəyində, həm də dövlətin diqqət və qayğısında yer alır.

Digər Xəbərlər
Xəbər Lenti