Xızıya atılan raket “S-300” imiş - FOTO

18 Oktyabr 2020 18:50 Araşdırma 713
Xızıya atılan raket “S-300” imiş - FOTO

“Bu gün saat 13.00 radələrində Xızı rayonu ərazisinə partlayış səsinin eşidilməsi və S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub.

ANAMA-nın xüsusi mobil əməliyyat qrupu hadisə yerinə gedib və Sitalçay ərazisində “S-300” raketinin qalıqları aşkarlanıb”.

Sportinfo.az xəbər verir ki, bunu ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir:

“Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Bu raket 300 km radiusda hədəfləri aşkarlama qabiliyyətinə malikdir. İndi qeyd olunan bu raketin 250-280 km məsafədə uçuş qabiliyyətinə malik olması müəyyənləşdirilib.

Hazırda əməkdaşlarımız tərəfindən raketin hissələrinin ərazidən götürülməsi həyata keçirilir. Raket vurulan zaman xəsarət alan olmayıb”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!