Klublara bu gün lazımdır, sabahı fikirləşənmi var?

26 Sentyabr 2020 20:00 Araşdırma 980
Klublara bu gün lazımdır, sabahı fikirləşənmi var?

Futbolumuzun tənəzzülü ildən-ilə davam edir.

Bunun səbəbləri haqqında zaman-zaman kifayət qədər fikirlər bildirilib, araşdırmalar aparılııb.

Biz bu səbəblərə başqa prizmadan nəzər yetirəcəyik. Azərbaycanda futbolun uçuruma yuvarlanmasında klubların nəzdindəki uşaq futbol məktəblərinin rolu nə qədərdir?

Bəllidir ki, futbolun inkişafı birbaşa uşaq futbolundan asılıdır. Əgər biz futbolumuzun dayanıqlı inkişaf və sabitliyini görmək istəyiriksə, «alt yapı»dakı çatışmazlıqları aradan qaldırmaq üzərində köklü işlər aparmalıyıq.Bu məqalədə fikrimiz klubların nəzdində olan uşaq futbol məktəbləri üçün yaratdığı şərait və şəraitə uyğun olaraq, komandalarının əldə etdikləri nəticələrə münasibət bildirib, onun təhlillərini aparmaqdır.

(ilk 3 yazının linki burada - https://www.sportinfo.az/idman_xeberleri/azerbaycan_futbolu/92818.html /// https://www.sportinfo.az/idman_xeberleri/problem/92873.html /// https://www.sportinfo.az/idman_xeberleri/arashdirma/93193.html)

Yuxarıda qeyd edilən bütün variantlara nəzər yetirdikdən sonra, araşdırmalarımızdan ortaya fərqli mənzərələr çıxır. Biz AFFA liqalarında son 2 mövsümə nəzər yetirək. Düzdür, pandemiya səbəbindən Affa başa çatdıra bilmədiyi son mövsümdə yekun nəticələri keçirilən son turun nəticələrinə uyğun yekunlaşdırdı. Qiymətləndirməmiz çempionatda 15 liqasından 19 liqasının nəticələrini nəzərə almaqla son 2018-2019 və 2019-2020 –ci il mövsümlərinin nəticələri əsasında aparılıb. Səbəblərdən birisi son mövsüm məhz bu liqalarda illik yekunlar bildirilməsı, digərisi isə uşaq futbol məktəbinin yaxarı yaş qruplarının nəticələri, məktəblərin apardıqları ümumi yekun nəticəni üzə çıxarır. Bu kriteriları nəzərə aldıqda klub uşaq futbol məktəblərinin nəticələri aşağıdakı sıralama ilə alınır. Qəbələ futbol Akademiyası sıralamada aşkar liderlik edir. Əslində bu nəticə gözlənilən idi. Çünki, Klub öz Akademiyası üçün lazım olan bütün şəraiti yaradıb. Azərbaycanın bütün bölgələrindən ən potensiallı futbolçuları heyətinə cəlb edib. Təbii, onun da bəhrəsini bu gün görür. Növbəti yerdə 3 komanda qərarlaşır. Bu qrupdan çox cüzi – yekun nəticələrin sıralamasında 1 üst mövqe ilə Sabah FK öndə qərarlaşır. Bu nəticəni Sabah komandasından gözləməyə dəyər. Heç kimə sirr deyil ki, bu gün Qəbələ Fk-dan sonra şəraitinə görə məhz bu komandanın adı hallanır. Bazalaşmaq üçün yekun məkana sahıb ola bilməsələr də, son illər qruplarını bütün bölgələrdən perspektivli oyunçularla gücləndirmək üçün heç bir problem yaşamırlar. Qrupun digər üzvləri Keşlə və Neftçi komandalarıdır. Hər 2 komanda eyni xala malik olsalar da, Keşlə FK-nın yuxarı qrup komandalarının nəticələrinin daha yüksək olması, onları sıralamada 3-cü pilləyə yüksəldir. Uşaq futbol məktəbləri üçün klubların yaratdığı şəraitdən danışarkən Keşlə FK-nın qruplarının vahid bir məkanda məskunlaşmasından başqa üstün cəhətlərini görməmişdik. Görünür, rəhbərliyin bütün qrup komandaları ilə vahid nəzarət altında xüsusi proqram əsasında apardığı məşq prosesləri bəhrəsini verır. "Neftçi"nin Azərbaycan futbolunda rolunun nə qədər böyük olduğunu söyləməyə ehtiyac duyulmur. Bu gün də uşaq komandalarının uğurları onun böyük potensialından xəbər verir. Növbəti yerlərdə isə ardıcıllıqla Qarabağ FK, Səbail FK, Zirə Fk və Sumqayıt FK qərarlışır. Qarabağ komandasının bütün üstünlüyünü - futbolçuların yetişdirilməsi istiqamətində aparması, nəticələrinə təsir etsə də futbolumuzun inkişafına töhfəsını verir. Şərait potensiallarını təhlil edərkən son 3 komandanın yerləşdiyi mövqelərində elə də bir qeyri-adilik yoxdur. Yüksək nəticə, yüksək şərait tələb edir. Şərait dedikdə isə, bax burda yuxarıda qeyd edə bildiyimiz və bilmədiyimiz bir çox komponentlər ortaya çıxır.

Uşaq futbol məktəblərinin yekun cədvəlindəki mövqeyinə uyğun sıralama qrafiki

N

N

Komandalar

MÖVSÜMLƏR

Tutduğu

ümumi

yerlərin cəmi

Orta hesabla tutduğu yer

2018-19

2019-20

2018-19

2019-20

2018-19

2019-20

2018-19

2019-20

U 19

U 17

U 16

U15

1

QƏBƏLƏ

1

1

2

6

1

1

2

1

15

1.8

2

SABAH

6

2

1

1

2

7

3

6

28

3.5

3

KEŞLƏ

2

4

4

3

3

4

4

5

29

3.6

4

NEFTÇİ

3

5

3

8

5

2

1

2

29

3.6

5

QARABAĞ

4

6

6

7

8

6

5

3

44

5.5

6.

SƏBAİL

5

3

9

9

4

5

6

4

45

5.6

7.

ZİRƏ

7

7

5

2

6

9

8

9

50

6.2

8.

SUMQAYIT

8

9

7

5

10

3

7

7

56

7

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti