RƏZALƏT! AFFA-nın muzeyini bəzəməli olan kubok hərracda satıldı!

23 Sentyabr 2020 14:36 Araşdırma 620
RƏZALƏT! AFFA-nın muzeyini bəzəməli olan kubok hərracda satıldı!

“Feysbuk”da qarşımıza maraqlı post çıxdı.

Sportinfo.az xəbər verir ki, "Auksion Azərbaycan” adlı səhifə sentyabrın 18-19-da baş tutan 76-cı hərracına 2010-ci il iyunun 8-12-si aralığında Moldova Futbol Federasiyasının təşkilatçılığı ilə Kişinyovda keçirilən U-17 yığmaları arasında ənənəvi beynəlxalq beynəlxalq turnirdə 4-ci yeri tutan komandaya verilən kuboku çıxarıb.

Start qiyməti 1 manat olan kubok uğrunda 5 nəfər mübarizə aparıb. Ramil Hüseynov kuboka 5, İlham Aksakalov 10, İska Rəsulov 15, Rövşən İbrahimov 20, Aidə Yunusova isə 25 manat təklif edib. Sonuncu ən yüksək məbləği təklif etdiyindən kuboka sahib çıxıb.

Kişinyov turnirində 8 ölkənin U-17 yığması çıxış edib. Həmin vaxt yığmamızın baş məşqçisi almaniyalı Oliver Pilzer olub.

Turnirdə 3 matça çıxan yeniyetmələr ilk qarşılaşmada Belarusa uduzub (2:4), ardından meydan sahiblərini məğlub edib (3:2), nəhayət, son oyunda rumınlar önündə gücsüz olub – 1:4.

Bu nəticə ilə yığma turniri 4-cü bitirib. Komandamızın vurduğu 6 qoldan 4-nün müəllifi Məqsəd İsayev, 1-nin müəllifi isə Elşən Abdullayev olub. Daha bir qolu dəqiqləşdirə bilmədik.

Yığmaya çox uzaq tarixdə yox, cəmi 10 il əvvəl verilən kubok məntiqlə AFFA-nın muzeyində olmalıdı. Bəs necə olur ki, hərraca çıxarılır? Yəni bizim futbol adamları o qədər kasıblaşıblar ki, artıq 5-10 manatın ümidinə qalıblar?

Bir başqa maraqlı sual da var: AFFA-nın muzey eksponatı hansı futbol adamının əli ilə hərraca ayaq açıb? Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik (Futbol+).

Qurum rəsmisi məsələdən xəbərdar olmadığını, araşdırma aparandan sonra fikir bildirəcəklərini qeyd etdi. Yəni Firuz bəy növbəti sayımız üçün rəsmi açıqlama verəcək.

Bizə gözləmək qalır. Ümid edirik ki, bu kazusa məntiqli izahat ala biləcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"