Azərbaycan millisinin 3 futbolçusu vitrinə "çıxdı"

18 Noyabr 2021 09:00 Araşdırma 2 130
Azərbaycan millisinin 3 futbolçusu vitrinə "çıxdı"

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində futbolçuların reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, seçmə mərhələnin ən yaxşısı Kilian Mbappedir.

Fransa millisinin hücumçusu 390 xala malikdir. Gənc forvardı komanda yoldaşı Kərim Benzema izləyir. Onun aktivində 239 xal var. İlk “üçlüy”ü niderlandlı Memfis Depay qapayır – 201 xal.

Azərbaycan millisinin ən yaxşısı Emin Mahmudovdur. Yarımmüdafiəçimiz 62 xalla Avropada 189-cudur.

Qara Qarayev 56 xalla 50 pillə geri qalır. 404-cü olan Anton Krivotsyukun 42 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"