Hafiz Məmmədovla bağlı yeni… 600 min avroya satdı - 10 ARAŞIRMA

17 Noyabr 2021 21:20 Araşdırma 1 283
Hafiz Məmmədovla bağlı yeni… 600 min avroya satdı - 10 ARAŞIRMA

Fransa mətbuatı uğursuzluqla nəticələnən 10 klub satınalması ilə bağlı məqalə dərc edib.

Sportinfo.az xəbər verir ki, "Fetemercato" saytının hazırladığı yazıda azərbaycanlı keçmiş iş adamı Hafiz Məmmədovun 2013-cü ildə yerli "Lans"ın səhmlərinə yiyələnməsi və komandanı müflis olmaqdan xilas etməsinə də yer verilib.

Bildirilib ki, "Lans"a 20 milyon avro vəsait ayıran Məmmədov klubu Liqa 1-ə çıxarsa da, sonradan İdarəetməyə Nəzarət üzrə Milli Direktorata (DNCG) bank zəmanəti təqdim edə bilmədi:

"Nəticədə 2014/2015 mövsümünü sonuncu pillədə başa vuran komanda yenidən aşağı liqaya yuvarlandı.

Tədricən "Lans"dan ayrılan Məmmədov isə 2016-cı ildə klubu indiki sahibi olan "SARL Solferino" şirkətinə 600 000 avroya satdı".

Siyahıda həmçinin Fransanın PSJ, "Qrenobl", "Bordo", İngiltərənin "Fulhem", Rusiyanın "Anji", İtaliyanın "Milan", İspaniyanın "Malaqa", "Rasinq" və "Valensiya" klubları ilə bağlı uğursuz satınalmalardan da bəhs olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"