AVRO-2020-nin qalibi kim olacaq? - Superkompüter proqnoz verdi

11 İyul 2021 15:40 Araşdırma 678
AVRO-2020-nin qalibi kim olacaq? - Superkompüter proqnoz verdi

Superkompüter İtaliya və İngiltərə yığmaları arasında baş tutacaq futbol üzrə Avropa çempionatının final oyununun nəticəsi ilə bağlı proqnozunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, məlumatı "The Analyst" yayıb.

Hesablamaya görə, finalda İtaliya yığmasının meydandan qalib ayrılacağı ehtimalı 57,8 faizdir.

İyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!