Gələcəyə qoyulan yatırım və ya bizə başqa nə lazımdır?

7 İyul 2021 16:00 Araşdırma 804
Gələcəyə qoyulan yatırım və ya bizə başqa nə lazımdır?

Hər bir ölkənin gələcəyi, inkişafı onun vətəndaşının sağlam, savadlı olmasına birbaşa bağlıdır.

Ona görə də gələcəyi prioritet hesab edən hər bir ölkədə əsas investisiya uşaq və gənclərə yönəldilir.

Uşaq və gənclərə yönəldilən investisiya ölkənin bünövrəsi deməkdir. Gələcək üçün möhkəmləndirilən bünövrə. Bu sahəyə investisiya yatırılmasının qarşısını heç bir iqtisadi tənəzzül, maliyyə çatışmazlığı almamalıdır, ala da bilməz.

Londona bayraq və futbolka göndərirlər

Azərbaycan da gələcəyini düşünən ölkələr arasındadır. Əsas qayəsi sağlam və savadlı vətəndaş yetişdirmək olan ölkəmizdə bu yöndə xeyli iş görülüb.

Azərbaycanın əksər rayonlarında idman komplekslərinin, gənclər mərkəzlərinin açılması, gələcək nəslin əsl vətəndaş kimi formalaşmasında müstəsna rol oynamalıdır.

Dövlət böyük xərc çəkib kompleks tikirsə...

Londona bayraq və futbolka göndərirlər

Görülən işlər öz yerində, biz isə görülməli olan işlər, problemlər haqda yazmalıyıq ki, rəsmi qurumlar da onları həll etməyə cəhd göstərsin.
Azərbaycanın əksər rayonlarında idman kompleksləri, gənclər mərkəzlərinin tikildiyini xatırlatdıq.

Amma baxaq görək, hər hansı bir rayon mərkəzində tikilmiş olimpiya kompleksi, idman mərkəzi həmin rayonun bütün kənd və qəsəbələrinin tələbatını ödəyə bilirmi?

Ümumiyyətlə, bu idman kompleksləri, gənclər mərkəzləri yerləşdikləri rayonların kənd və qəsəbələrindəki uşaq və gənclərin inkişafına hansı töhfə verirlər?

Çox təəssüf ki, tutarlı fakt göstərə bilməyəcəyik. Olimpiya komplekslərinin funksiyası bir qrup şəxsə ödənişli əsaslarla futbol və ya voleybol oynamaq üçün şərait yaratmaqdan o tərəfə keçmir.

Dövlət böyük xərc çəkib kompleks tikirsə, bunun cəmiyyətə verəcəyi xeyir də proqnozlaşdırılmalı və nəticə əldə edilməlidir.

Əks təqdirdə, dövlətin bu sahəyə yatırdığı investisiya batır, ən dəhşətlisi isə o olur ki, bizim gələcəyimiz olan uşaqlar dövlətin onlara yaratdığı şəraitdən yararlana bilmirlər. Nəticə necə olur? Sağlam və savadlı vətəndaş yetişmir.

44 günlük müharibənin verdiyi dərs

Londona bayraq və futbolka göndərirlər

44 günlük Vətən Müharibəsi göstərdi ki, vətəndaşın sağlam və savadlı olması qələbənin əsas açarıdır. Düşmən məğlub edildi, amma arxayınlaşmaq olmaz. Tarix göstərir ki, bu düşmən fürsət tapdıqca bizə zərbə vurub.

Deməli, sabah yenə də zərbə vurmayacağına təminat yoxdur. Ona görə də, gələcəyimizin tam təhlükəsizliyini təmin etmək üçün əsl vətəndaşa ehtiyac var. Bu vətəndaş isə sağlam, savadlı, dünyagörüşlü, vətənpərvər olmalıdır ki, dövlətin də təhlükəsiz gələcəyi təmin edilsin.

Amma qeyd etməliyik ki, dövlətimiz bu sahəyə nə qədər diqqət ayırsa da, diqqətdən kənarda qalanlar da var.

Qeyd etdiyimiz kimi, əksər rayon mərkəzlərində olimpiya kompleksləri tikilib. Amma bu komplekslərlə həmin rayonların kənd və qəsəbələri arasında əlaqə yoxdur. Yəni, kənd- qəsəbələrdə uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, özlərini inkişaf etdirməsi, texnologiya əsrinin yeniliklərini mənimsəməsi üçün heç bir şərait yoxdur.

Strategiya necə olmalı?

Londona bayraq və futbolka göndərirlər

Əslində bu sahədə strategiya daha geniş olmalıdır. Yəni, hər hansı rayon mərkəzində olimpiya kompleksinin tikilməsi, gənclər mərkəzinin açılması ilə iş yekunlaşmamalıdır. Nəzərə almaq lazımdır ki, rayonun kənd və qəsəbələri də bu prosesə cəlb olunmalıdır.

Əlbəttə, iddia etmirəm ki, hər bir kənddə olimpiya kompleksi, gənclər mərkəzi yaradılmalıdır. Yox! Bu məsələdə sovetlər vaxtındakı ənənədən yararlanmaq olar. SSRİ vaxtı “sovetlik” deyilən inzibati-ərazi vahidləri mövcud idi. Bu “sovetlik”lərə 7-8 kənd daxil olurdu. Yəni 5-6 kiçik kənd böyük bir kəndin ətrafında birləşirdi.

Əsas inzibati binalar – poçt, klub, tibb məntəqəsi, idman meydançaları “sovetlik” mərkəzində salınırdı. Kəndlər arasında məsafə az olduğu üçün kiçik kəndlər böyük kənddə salınan infrastrukturdan yararlana bilirdilər. SSRİ dağıldıqdan sonra o infrastruktur, demək olar ki, dağıldı, mərkəzlə əlaqə itdi.

Əslində elə mərkəzlərin özündə də infrastruktur dağılmışdı. Olimpiya komplekslərinin, gənclər mərkəzlərinin tikintisi ilə bu infrastrukturun bərpasına başlanıldı.

Bu da o deməkdir ki, dövlət bu işin nə qədər vacib olduğunu bilir. Amma yubanmaq olmaz, paralel olaraq kənd və qəsəbələrdə də infrastrukturun bərpası aparılmalı, mərkəzlə əlaqə qurulmalıdır.

Nə qazanacağıq?

Londona bayraq və futbolka göndərirlər

Kəndlərdə infrastrukturun qurulması, mərkəzlə əlaqəli fəaliyyət bizə nə verəcək? İnanın, saysız-hesabsız istedadlı uşaq və gənclərimiz var ki, məhz infrastrukturun yoxluğu ucbatından potensiallarını aça bilmirlər.

Yaxşı idmançı, rəssam, bəstəkar, ola biləcək bir uşaq, kənddə yaşadığı üçün başqa peşəni seçmək məcburiyyətində, ya da ümumiyyətlə, peşəsiz qalırlar. O uşaqlar bizim sərvətimizdirlər.

Amma biz onları hələ ki, kəşf edə bilmirik. Onların kəşfi isə infrastrukturun qurulmasından keçir. Bir “sovetlik”də idman mərkəzində 100 uşağın məşğul olması o demək deyil ki, o uşaqların hamısı gələcəkdə idmançı olacaqlar.

Onların arasından 2 peşəkar idmançı çıxsa, bəsimizdir. Qalanları isə sağlam, pis vərdişlərdən uzaq vətəndaş kimi yetişəcəklər. Bizə, başqa nə lazımdır?

Bu yöndə xeyli problemlər, çatışmazlıqlar var. Sırf idman sferasında uşaq idmanı üçün infrastrukturun olmamağı isə olduqca ciddi nüansdır. İlkin olaraq, məsələnin mahiyyəti barədə yazdıq.

Növbəti yazılarda isə bu problemləri yerində araşdırmağa, mütəxəssis rəylərini öyrənməyə, rəsmi qurumların mövqeyini əldə etməyə çalışacağıq. Bu da Azərbaycanın gələcəyinə bizim yatırımımız olacaq.

Natiq Muxtarlı

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"