“Xəzər Lənkəran”da da belə olmuşdu, “Bakı“da da…

16 May 2021 13:20 Araşdırma 717
“Xəzər Lənkəran”da da belə olmuşdu, “Bakı“da da…

“Qarabağ”ın hücumçusu Mahir Emreli Premyer Liqanın 2020/2021 mövsümündə 2-ci dəfə penaltidən yararlana bilməyib.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, XXIV turun “Qəbələ” ilə qarşılaşmasında (5:0) imkanı qaçıran forvard XXVII turun “Keşlə” ilə matçında da (2:0) 11 metrlik nöqtədən xətaya yol verib.

Emreli son 5 mövsümdə ilk oyunçudur ki, çempionat ərzində iki penaltini qaçırır. Belə uğursuzluğa sonuncu dəfə 2015/2016 mövsümündə təsadüf edilib.

Həmin vaxt “Sumqayıt”da oynayan Ağabala Ramazanov hər iki şansı boşa verib.

Ümumiyyətlə, son 10 mövsümdə 6-cı dəfə belə hadisə yaşanıb.

Emreli və Ramazanovdan başqa, 2011/2012 mövsümündə Flavinyo (“Neftçi”) və Miloş Zeçeviç (“Rəvan”), 2013/2014 mövsümündə Junior Nildo (“Xəzər Lənkəran”), 2014/2015 mövsümündə Nurlan Novruzov (“Bakı) iki 11 metrlik zərbədən yararlanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"