Koronavirusun gözlənilməz əlaməti AÇIQLANDI - FOTO

14 May 2021 13:10 Araşdırma 938
Koronavirusun gözlənilməz əlaməti AÇIQLANDI - FOTO

Dırnaqlarda xətlər və ya şırımlar koronavirus keçirmənin əlaməti ola bilər.

Sportinfo.az xəbər verir ki, belə gözlənilməz simptom barədə britaniyalı professor Tim Spektor bəyan edib.

O özünün “Twitter” hesabında belə dırnaqların fotosunu paylaşıb.

Bununla belə, professor əlamətin hamıda görünmədiyini vurğulayıb.

“Bu səpkilər, qırışlar və sair kimi simptomlardan biridir”, - deyə o, qeyd edib.

T.Spektor əlavə edib ki, dırnaqda xətlər zərərsiz görünsə də, onların qəfil ortaya çıxması nəinki koronavirus, həmçinin qızılca, skarlatina, yaxud qulaqdibi xəstəliyinin əlaməti ola bilər, bundan başqa qalxanvari vəzi, diabet və anemiya zamanı ortaya çıxa bilər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!