Pulu ən çox onlar qazanır - Nə Messi, nə Ronaldo...

14 May 2021 02:24 Araşdırma 8 291
Pulu ən çox onlar qazanır - Nə Messi, nə Ronaldo...

Son bir ilin ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “Forbes” nəşrinin cədvəlində ən çox qazan əldə edən 10 nəfər yer alıb.

İl ərzində ən çox gəlir əldə edən idmançı məşhur MMA döyüşçüsü Konor Makqreqordur. İlk “üçlüy”ün digər sakinləri futbolçulardır. Uzun illərdir rekordları alt-üst edən Lionel Messi ilə Kriştiano Ronaldo müvafiq olaraq 2-3-cü pillələrdə qərarlaşıblar.

İlk “10-luq”da yer alan digər futbolçu Neymar isə özünə 6-cı sırada yer tapıb.

1. Konor Makqreqor (MMA döyüşçüsü) – 180 milyon dollar
2. Lionel Messi (futbolçu) – 130 milyon
3. Kriştianu Ronaldo (futbolçu) – 120 milyon
4. Dak Preskott (amerikan futbolçusu) – 107,5 milyon
5. Lebron Ceyms (basketbolçu) – 96,5 milyon
6. Neymar (futbolçu) – 95 milyon
7. Roje Federer (tennisçi) – 90 milyon
8. Lyus Hamilton (“Formula-1” pilotu) – 82 milyon
9. Tom Bredi (amerikan futbolçusu) – 76 milyon
10. Kevin Dyurant (basketbolçu) – 75 milyon

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"