Dəyəri və transfer qiyməti ən bahalı MİLLİ FUTBOLÇULAR

13 May 2021 18:00 Araşdırma 1 367
Dəyəri və transfer qiyməti ən bahalı MİLLİ FUTBOLÇULAR

AVRO-2020 ilə bağlı araşdırmalar davam edir.

Sportinfo.az xəbər verir ki, bu dəfə qitə birinciliyinə qatılacaq yığmaların ümumi dəyəri və transfer qiyməti ən baha olan futbolçuları müəyyənləşib.

Bu baxımdan İngiltərə millisi hamını qabaqlayır. İlk “10-luğ”un açıqlandığı siyahıya başçılıq edən ingilislərin futbolçularının ümumi dəyəri 1 milyard 260 milyon avrodur. Britaniya təmsilçisi 1 milyardı keçən yeganə komandadır.

O ki qaldı futbolçulara, AVRO-2020-nin ən bahalı siması Fransa millisinin hücumçusu Kilian Mbappedir. Gənc forvardın transfer dəyəri 162 milyon avro olaraq göstərilib. Rahim Sterlinq və Kevin De Bruyne də 100 milyondan bahadır.

UEFA təşkilatçı şəhərlərin sayını 12-də 11-ə azaldıb. Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək.

Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

1. İngiltərə - 1 milyard 260 milyon avro
50 milyondan baha futbolçusu: 6
100 milyondan baha futbolçusu: 3
Ən bahalı futbolçusu: Rahim Sterlinq – 115 milyon

2. Fransa – 932 milyon
50 milyondan baha futbolçusu: 8
100 milyondan baha futbolçusu: 1
Ən bahalı futbolçusu: Kilian Mbappe – 162 milyon

3. İspaniya – 758 milyon
50 milyondan baha futbolçusu: 5
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Ansu Fati – 72 milyon

4. Portuqaliya – 686 milyon
50 milyondan baha futbolçusu: 4
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Joao Feliks – 72 milyon

5. Almaniya – 664 milyon
50 milyondan baha futbolçusu: 7
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Serj Qnabri – 81 milyon

6. Belçika – 616 milyon
50 milyondan baha futbolçusu: 4
100 milyondan baha futbolçusu: 1
Ən bahalı futbolçusu: Kevin De Bruyne – 108 milyon

7. İtaliya – 591 milyon
50 milyondan baha futbolçusu: 2
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Canluici Donnarumma – 54 milyon

8. Niderland – 422 milyon
50 milyondan baha futbolçusu: 4
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Vircil van Deyk – 72 milyon

9. Xorvatiya – 318 milyon
50 milyondan baha futbolçusu: 0
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Mateo Kovaçiç – 41 milyon

10. Danimarka – 263 milyon
50 milyondan baha futbolçusu: 0
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Kristian Eriksen – 45 milyon

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"